AFFA Azərbaycan millisinin Qazaxıstanla yoldaşlıq görüşündəki qələbəsinə biganə qalmayıb.
İdmanxeber.az-a verilən məlumata görə, yeni rəhbərlik qalibiyyətə görə futbolçulara mükafat vəd edib. Adətən yoldaşlıq görüşlərindəki qələbəyə 5 min manat “premya” verilirdisə, bu səfər daha artıq olacaq.
Rəhbərlik bu qələbəni xüsusi qiymətləndirib. Futbolçulara bəlli məbləğdən əlavə bonus da veriləcəyini bildirib.
Xatırladaq ki, Azərbaycan yığması yoldaşlıq görüşlərində Albaniyaya 1:3 uduzub, Qazaxıstanı isə 3:2 hesabı ilə məğlub edib.