Ölkə futbolu

AFFA nümayəndəsi Polşada tədbirdə iştirak etdi

Polşanın Poznan şəhərində Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı tərəfindən Azarkeşlərlə əlaqələndirici şəxs (SLO) və Azarkeşlərlə əlaqələndirici şəxs üzrə koordinatorlar (SLO koordinatorları) arasında görüş keçirilib.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, Avropanın 13-dən çox ölkə və 20-dən çox klub nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş zamanı SLO-lar arasında informasiya mübadiləsi, SLO koordinatorunun rolu, UEFA Çempionlar Liqasının yeni formatı, yaxın gələcəkdə SLO-lar üçün hazırlanmış plan barəsində danışıqlar aparılıb.

İştirakçılar arasında AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin Azarkeşlərlə əlaqələndirici şəxslərlə iş üzrə məsul şəxsi Yusif Abdullayev də olub. Y.Abdullayev klublarımızın azarkeşlərlə əlaqələndirici şəxslərinin gördükləri işlər və gələcək planları barədə digər həmkarlarını məlumatlandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43