03 Dekabr 2024
Kateqoriyasız

AFFA öldürülən jurnalistlə bağlı bəyanat yayımladı

AFFA öldürülən jurnalistlə bağlı bəyanat yayımlayıb. 

İdmanxeber.com həmin bəyanatı təqdim edir: 

“2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri almış, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir. AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43