Kateqoriyasız

AFFA Ozobiçi milliləşdirdi – FİFA razılıq verdi

Hazırda “Qarabağ” klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FİFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla bağlı bu gün FİFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43