Kateqoriyasız

AFFA Premyer Liqa klublarına növbəti ödəniş etdi

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 min manat maliyyə vəsaiti köçürüb.

Idmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43