Ölkə futbolu

AFFA prezident seçkilərinin vaxtını açıqladı

AFFA-nın növbəti Hesabat Konfransı və dərhal sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, hər iki tədbir martın 16-da “Hilton” otelində baş tutacaq.

Konfransa saat 10:00-da start veriləcək. FİFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Prezident tərəfindən salamlama

– Yığıncağın tərkibinin yoxlanılması

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

– Maliyyə hesabatının təsdiq olunması

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

– Növbəti ilin büdcəsinin təsdiq olunması

– AFFA prezidentinin seçilməsi

– İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi

– Hər hansı vakant vəzifəyə seçkilər

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması

– Digər məsələlər

Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.

Konfransa giriş dəvətnamə ilə olacaq.

Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43