Milli komanda

AFFA prezidenti milli komanda ilə görüşüb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib. Bir neçə gündən sonra İsrail millisi ilə görüşəcək komandamıza tövsiyələrini verən R.Abdullayev futbolçularımıza uğurlar arzulayıb.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Gan şəhərindəki eyniadlı stadionda millimiz İsrail yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43