26 Noyabr 2024
Ölkə futbolu

AFFA “Qəbələ” klubuna ayırdığı məbləği açıqladı

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu xüsusda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Qəbələ” 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43