AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda “Araz-Naxçıvan”da çıxış edən Tural Bayramlının şikayətinə baxıb.
İdmanxeber.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu “Səbail”dən kompensasiya tələbi və “dənizçilər”ə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.
Qeyd edək ki, “Səbail” yayda Tural Bayramlı ilə yollarını ayırıb. Oyunçu klubun müqavilə şərtlərinə uyğun olmadan onunla yolları ayırdığını əsas gətirərək şikayət etmişdi. O, Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği istəyir.