05 Oktyabr 2022
Kateqoriyasız

AFFA “Qarabağ”, “Neftçi” və “Zirə”ni cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqanın 28-ci turunun “Zirə” – “Şamaxı” oyununda “Zirə” klubunun futbolçusu Hamidu Keyta təcavüzkar davranışa görə  birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzaladırılıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. Həmçinin “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. Komandanın baş məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunub. Mütəxəssisə görə də paytaxt təmsilçisi 800 manat cərimələnib.

“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Ağdam təmsilçisi həmin oyunda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün 3200 manat cərimələnib. Bundan əlavə, “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Keşlə” “Vorskla”nın futbolçusunu transfer etdi

admin

“Azərbaycandan gələn təklifi qəbul etmədim” – türkiyəli futbolçu

admin

Türkiyə ilə oyundan əvvəl Portuqaliyada ciddi itki

admin