08 Dekabr 2022
Kateqoriyasız

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA İntizam Komitəsi (İK) “Qarabağ” və “Neftçi” klubunu 4000 manat məbləğində cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna hər iki komanda azarkeşlərinin VIII turda Azərbaycan derbisində təhqiramiz ifadələr işlətməsi səbəb olub.

İK “Səbail”in futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza verib. 26 yaşlı müdafiəçi “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Dənizçilər” bunun üçün 200 manat ödəyəcək.

“Sumqayıt”a 1600 manat məbləğində cərimə kəsilib. “Gənclik şəhəri” təmsilçisinin fanatları “Kəpəz”lə qolsuz heç-heçə etdikləri matçda meydana kənar əşyalar atıb. Gəncə klubu isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sportinq”in baş məşqçisi “Qarabağ”dan danışdı

admin

Millimiz iki yoxlama oyunu keçirəcək

admin

“Unutmayaq ki, “Nant” qrupda ikincilik üçün mübarizə aparır” – Zaur Həşimov

admin