23 Oktyabr 2024
Kateqoriyasız

AFFA “Qarabağ” və “Neftçi”ni azarkeşlərinə görə cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, Misli Premyer Liqasının XVI turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Neftçi” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə olunub.

“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə klub 800 manat cərimə edilib.

“Sabah” – “Şamaxı” oyununda meydan sahiblərinin oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

“Şamaxı”nın oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

“Kəpəz” – “Sumqayıt” oyununda gəncəlilərin qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klub 800 manat cərimə edilib.

“Sumqayıt”ın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43