AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
29 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
30 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
30 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 52.1);
1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7) ;
1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyunu “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);