27 Dekabr 2024
Kateqoriyasız

AFFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan Premyer Liqasının 17-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XVII turunun “Rəvan” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” matçının 90+1-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Rydell Poepon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43