27 Fevral 2024
Ölkə futbolu

AFFA “Qəbələ”nin hədiyyəsini verdi

U-17 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olan “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası yanvarın 5-dən – 12-dək AFFA-nın hesabına Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

U-17 Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq, çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43