28 Noyabr 2022
Kateqoriyasız

AFFA rəsmisi Qazaxstanda səfərdə olub

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Matç Direktoru qismində Qazaxstanın Kostanay şəhərində səfərdə olub.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ezam olunan E.Məmmədov ötən mövsüm Qazaxıstan çempionu olmuş “Tobol” klubunun ev oyunlarını keçirdiyi “Tsentralnıy” stadionunun 2022/2023 mövsümündə avrokubok yarışlarına hazırlıq səviyyəsi ilə maraqlanıb.

“Tobol”un Cəbəllütariqın “Linkoln” komandasını 1:0 hesabı ilə məğlub etdiyi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçını da izləyən UEFA nümayəndəsi təşkilatı məsələlər və matç günü əməliyyatları ilə tanış olub.

Səfər zamanı klub nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Sabah” rusiyalı məşqçiyə tapşırılır?

admin

Millimizin futbolçusu oynadı, komandası “Şaxtyor” və “Dinamo”nu qabaqladı

admin