16 Sentyabr 2024
Ölkə futbolu

AFFA rəhbəri Azərbaycan futbolunun əsas problemi üçün hərəkət keçdi

AFFA rəhbərliyi Azərbaycan futbolunun əsas problemlərinin biri olan sponsor məsələsi üçün hərəkətə keçib. Qurumun rəhbəri Rövşən Nəcəf iş adamlarını bu sahəyə cəlb etməyin yollarını axtarır.

Yeni AFFA rəhbərinin əsas hədəflərinin biri yaxın zamanda reallaşa bilər. Belə ki, Rövşən bəy iş adamlarının futbola gələcəyi təqdirdə, onların müəyən qədər vergidən azad olunması üçün çalışmalar aparır. 

Federasiya rəhbəri yalnız bu yolla iş adamlarında futbola maraq yarana biləcəyini düşünür. Onun bu iş üçün ölkə rəhbərliyi səviyyəsində müəyyən addımlar atdığı və bir sıra görüşlər keçirdiyi də bildirilir. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43