Misli Premyer Liqasında 2024/2025 mövsümünə “Araz Naxçıvan” – “Qarabağ” oyunu ilə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, 5 qolun qeydə alındığı matçda qalib gələn tərəf Ağdam təmsilçisi olub – 4:1.
Mərdəkanda baş tutan açılış matçını arenadan AFFA rəhbərliyi də izləyib. Belə ki, qurumun prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, vitse-prezident Balakişi Qasımov və digər rəsmilər bu oyunu tribunadan canlı izləyib.
Qarşılaşmadan sonra AFFA rəhbərliyi Qurban Qurbanovla görüşüb, qələbə münasibəti ilə təbrik edib və Çempionlar Liqasında uğurlar arzulayıblar.