20 Sentyabr 2024
Ölkə futbolu

AFFA rəhbərliyi UEFA tədbirində

Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində toplantı keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak ediblər.

Tədbir çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin hər iki ölkədə futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43