Kateqoriyasız

AFFA rəsmiləri Naxçıvana səfər edib

Naxçıvan Futbol Federasiyasının dəvəti ilə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov Naxçıvan şəhərinə səfərə yollanıb.

Səfər çərçivəsində AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonra AFFA rəsmiləri bir müddət öncə istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43