Ölkə futbolu

AFFA rəsmisi mübahisəli epizodu şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” (1:0) görüşündəki mübahisəli epizodu şərh edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında bildirib: 

“58-ci dəqiqə: “Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.

Qeyd edək ki, sözügedən oyunda “Neftçi” 1:0 hesablı qələbə qazanıb. İlk görüşdə də qalib gələn (2:0) paytaxt təmsilçisi yarımfinala adlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43