Kateqoriyasız

AFFA rəsmisi “Real”ın oyununa təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasında qrup mərhələsinin “Şerif” (Moldova) – “Real” (İspaniya) oyununun hakim-inspektoru olacaq.

Görüş noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43