Ölkə futbolu

AFFA Ruslan Abışovu təltif etdi

Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov AFFA tərəfindən təltif edilib.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.

AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43