AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun şikayətini təmin edib.
İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4 000 manatlıq cərimə ləğv olunub.
Qeyd edək ki, Misli Premyer Liqasının XII turunda keçirilmiş “Sabah” – “Qəbələ” (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı – ayrılıqda 4000 manat cərimə edilmişdi.