Kateqoriyasız

AFFA “Sabah”ın şikayətinə müsbət cavab verdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun şikayətini təmin edib.

İdmanxeber.az  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4 000 manatlıq cərimə ləğv olunub.

Qeyd edək ki, Misli Premyer Liqasının XII turunda keçirilmiş “Sabah” – “Qəbələ” (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı – ayrılıqda 4000 manat cərimə edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43