22 Oktyabr 2024
Kateqoriyasız

AFFA Samir Abasova elə cəza verdi ki…

AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu 5 oyunluq cəzalandırıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının 13-cü turunda “Neftçi” ilə matçda oyunun rəsmi şəxsini təhqir etməsi səbəb olub. Bundan başqa, “Sumqayıt” 4 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” görüşü 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43