Ölkə futbolu

AFFA “Sumqayıt”ın şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Belə ki, AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində “Sumqayıt” futbol klubunun oyunçusu Murad Xaçayev və klub barəsində verdiyi qərar qüvvədə saxlanılıb.

Premyer Liqanın 8-ci turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43