Bu gün İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XVIII tur
21 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVIII turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37).