Hazırda davam edən Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj” – “Qarabağ” oyununun ilk hissəsində erməni təxribatı yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah rəsmi qaydada qitə futbol qurumuna müraciət olunacaq.
Məlumatı federasiyanın rəsmi saytı yayıb.