Azərbaycan II Liqasında çıxış edən klublar AFFA-dan noyabr ayının pulunu ala bilməyib.
İdmanxeber.az-a verilən məlumata görə, sponsorsuz komandalar maliyyə problemi yaşadıqları üçün köçürmənin yaxın günlərdə edilməsini istəyir. Onlar vəsaitin yeni ilə qədər ödənilməsini əks təqdirdə oyunçuların maaşlarını verə bilməyəcəklərini bildirirlər.
Redaksiyamıza verilən məlumata görə, 4-5 klub rəhbərliyi məsələ ilə bağlı PFL rəsmilərini də müraciət edib. Bu məsələ AFFA-nın səlahiyyətində olsa da, komandaların PFL rəsmilərinin məsələyə qarışaraq problemin həll edilməsini xahiş edirlər.
Maliyyə cəhətdən ciddi sıxıntıları olan klublar dekabr ayının sonu olmasına rəğmən, ötən ayın pulunun verilməməsinə görə ciddi problem yaşayır.
Xatırladaq ki, II Liqada çıxış edən hər komanda ayda 5 min manat dotasiya alır. Pullar AFFA-nın vasitəsilə klubların hesabına köçürülür.