Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Tədbirdə Premyer Liqanın onuncu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
01 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Simurq” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur
02 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XII turunun “İnter” – “Rəvan” matçı başa çatdıqdan sonra “İnter” klubu matçın videoyazısını təqdim etmədiyi üçün klub 1000 manat cərimə olunur
02 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XII turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Matçın gedişində stadionun diktoru tərəfindən “Neftçi” klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Neftçi” klubu 2000 manat cərimə olunur.
31 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Bakı” – “Simurq” matçının 56-cı dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Sənan Bayramov kobud oyuna görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
01 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “İnter” – “Rəvan” matçında “İnter” klubunun 4, “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur.
01 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Neftçi” – “Xəzər Lənkəran” oyununun 56-cı dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Yunis Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
02 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.