“İnter”in xorvatiyalı yarımmüdafiəçisi Matiya Şpiçiç ölkəsinin mətbuatına maraqlı açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in zədəli futbolçusu AFFA-nın futbolçulara verdiyi vəddən danışıb:
“Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qalib gəlsə, hər bir futbolçu 100 000 avro məbləğində mükafat alacaq”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan görüşü sabah Osiyekdə keçiriləcək.