24 Noyabr 2024
Milli komanda Ölkə futbolu

AFFA-ya yalan danışdılar, millinin düşərgəsinə getməkdən imtina etdilər – ŞOK SƏBƏB!

Azərbaycan millisinin iki futbolçusu yığmanın düşərgəsinə getməkdən imtina edib.

İdmanxeber.az-a daxil olan məlumata görə, bunlar Eddi İsrafilov və Filip Ozobiçdi. Buna səbəb hər iki futbolçunun ötən il İsveçlə matçdan sonra qazanılan qələbəyə görə vəd edilən “premya”nı tam ala bilməməsidi. Belə ki, skandinaviyalılarla matçdan sonra sabiq AFFA prezidenti Rövnəq Abdullayev 3:0-lıq qələbəyə 40 min manat pul mükafatı sözünü verib. Lakin milli üzvləri vəd olunan bu mükafatın yalnız 10 min manatını ala bilib. Məhz bu məqam yuxarıda adları çəkilən futbolçuların narazılığına səbəb olub.

“Premya”nı tam ala bilməyən milli üzvlərindən yalnız bu iki futbolçu zədəli olduqlarını bəhanə edərək Macarıstana yollanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43