Kateqoriyasız

AFFA “Zirə”nin şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda  “Zirə”  tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Belə ki,  “Zirə”nin futbolçusu Cavid Hüseynov Premyer Liqanın 17-ci turunda “Qarabağ”la oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43