Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, finalda məğlub olan Nigeriyanın müdafiəçisi Vilyam Trost-Ekonq turnirin ən yaxşı oyunçusu seçilib.
Ekonq turnirdə 7 oyunun hamısında meydanda olub və 3 qol vurub.
30 yaşlı müdafiəçi hazırda PAOK-da çıxış edir. İnsayder Fabritsio Romanonun xəbərinə görə oyunçunun yayda Səudiyyə Ərəbistana transfer olmaq ehtimalı yüksəkdir.