Afrika Millətlər kubokunda qrup oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, ötən gün A qrupunda Qabon Ekvatorial Qvineyaya uduzmaqla turnirdə mübarizəni dayandırıb – 0:2.
Qrupun digər oyununda Konqo millisi Burkino Fasonu məğlub edərək qrup lideri kimi növbəti mərhələyə adlayıb – 2:1.
Beləliklə, A qrupundan meydan sahibi Ekvatorial Qvineya və Konqo növbəti mərhələyə adlayan komandalar oldu.