Dünya futbolu

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu müəyyənləşdi

Qabonda təşkil edilən Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçulardan heç biri turnirin ən yaxşısı adına layiq görülməyib.

Çempion Kamerun yığmasının hücumçusu Kristian Bassoqoq bu baxımdan hamını qabaqlamağı bacarıb. Afrika Futbol Konfederasiyası 22 yaşlı forvardı turnirin ən yaxşı futbolçusu seçib. O, keçirdiyi 6 görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki,  Kristian Bassoqoq hazırda Danimarkanın “Olborq” klubunun formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43