Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, yeni mövsümə çempionluq hədəfi ilə başlayacaq Yevlax təmsilçisi heyətini gücləndirmək niyyətindədi. Bölgə klubu düşərgəyə iki afrikalı futbolçu cəlb edib.
Bunlar yarımmüdafiəçi Cibriel Sisse və müdafiəçi Şerifdir. Seneqaldan və Siyero-Leonedən olan oyunçular hazırda baxışdadı.
Onlar barəsində hələlik yekun qərar verilməyib. Futboçuların transfer edilib-edilməyəcəyi baş məşqçi Kənan Kərimovun rəyindən sonra bəlli olacaq.
Həsən Quluzadə