Topaz Premyer Liqaısnın XIX turuna start verilib
İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Səbail” “Sumqayıt”ı qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçisi Aftandil Hacıyev mətbuat konfrasnı keçirib. O, əvvəlcə görüş barəsində fikrilərini bildirib:
“İki fərqli hissə oldu. Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindi. İlk dəqiqlərdə Vuqar Bəybalayevin zədə alması planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə olaraq çətin oyun oldu. Rəqib bu oyuna dönüş oyunu kimi baxırdı. “Neftçi” görüşündən sonar bu oyuna hazırlaşmaq üşün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Oyunun nəticəsini ədalətli sayıram. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldır”.
Hacıyev Ruslan Qurbanovu niyə start heyətdə buraxmadağına isə belə aydınlıq gətirdi:
“Ruslan Qurbanovu risk etmədik. Zədədən sonra süni meydanda oynamaq çox çətin olur. Biz oyunçuları qorumalıyıq. Ruslan bizim önəmli oyunçumuzudr. Maksinmum 20-25 dəqiqə oynaya biləcəyini bildirmişdi. Biz də az da olsa, oynatdq.
Gənc mütəxəssis Vüqar Bəyabalayevin durumunu da münasibət bildirib: Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heçnə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.