07 Dekabr 2024
Ölkə futbolu

Aftandil Hacıyev: “Çempionat başlayana qədər 2-3 futbolçu alacağıq”

“Biz mövsümün ikinci yarısına hazırlığı Bakıda başlamışdıq və diqqətimizi futbolçuların fiziki formasının formalaşmasına yönəltmişdik. Sonra isə Türkiyədə təlim-məşq toplanışına davam edərək, həmçinin taktiki və texniki təlimləri də əlavə etdik”.

Bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mövsümün ikinci yarısına hazırlıqlardan danışan gənc çalışdırıcı Türkiyə toplanışını da dəyərləndirib: “Türkiyədə 4 oyunun keçiriləcəyini planlaşdırmışdıq və əlavə bir oyun haqqında təlim-məşq toplanışının gedişatı zamanı razılaşdıq. 5-ci oyun əlverişsiz hava şəraiti ilə əlaqədər olaraq ləğv olundu. Bütovlükdə, bu mərhələdə hazırlığın nəticələrini qənaətbəxş adlandırmaq olar. Futbolçuların hamısı optimal formanı yığa bilmədi, amma bizim hələ çempionatın başlanğıcına qədər bir həftəmiz var və buna hazır olacağıq. Həmçinin çempionatın başlanğıcına qədər iki və ya üç futboçu ilə müqavilə imzalamağı planlaşdırırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43