10 Noyabr 2024
Kateqoriyasız

Aftandil Hacıyev: “Penalti oyunun taleyini həll etdi”

“Stadiona gələn azarkeşlər üçün maraqlı bir oyun oldu. Bol hücumlar var idi. Hər iki komandanın müqayissə etsək, rəqib bizdən daha təcrübəlidir. Ancaq bu gün oyunçularım 90 dəqiqə dayanmadan çalışdılar. Ancaq qollarda ustalıq səviyyəsi çatmadı. Rəqib duran toplardan yaxşı istifadə etdi. Son nöqtəni qoya bilmirik. Rəqibi təbrik edirəm. Nəticə biz qane etməs də, yaxşı oynadıq. Azı bir xal almalıydıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil hacıyev Premyer Liqanın XXI turundan evdə keçirilən “Qarabağ” matçından sonra deyib.

“Qırılma anı bəzi dəqiqələrdə yaşandı. Əgər ikinci qolu vursaydıq, bunu qoruya bilərdik. Oyun yaxşı gedirdi deyə, sistem də dəyişlik olmadı. Ən pis oyunumuz oynamadıq. Ustalıq səviyyəsi rəqibdə güclüdür. Kintanın qolunu hər oyunçu vura bilməz. Səhvlərimizi araşdırıb daha yaxşı hazırlaşmalıyıq. Oyunçularım başlarını aşağı salmasınlar”.

Bu gün biz müdaifədə oturmadıq. Süni örtükdən təbiyə keçmək çox çətindir. Biizm yaxşı epizodlarımız oldu. Sadəcə penalti bütün oyunun taleyini həll etdi. Biz yaxşı oynayaraq məğlub olduq.

Penalti epizodu barəsində nəsə demək çətindir. Topun ələ dəydiyi məsafə yaxın olubsa, onu verməmək olar. Ancaq buna təğmən “Qarabağ” layiqli qələbə qazandı. Onların qələbəsini kiçiltmək istəmirəm”.

Gənc müstəxəssis Esyenin transfer edilib-edilməməsini də münasibət bildirib:

“Esyen kimi dünya şöhrətli oyunçu bizim dəvətimi təşrif buyurubsa bu özü üğurdur. Belə futbolçul ilə danışıq aparmaq belə gözəldir. Onunla danışıqlar müsbət  həll olunarsa, futbola fayda verər. Bizim üçün də böyük nailiyyət olar. O, davamlı məşq edir. Futbolu bitirdiyini də elan etməyib. Biizmlə görüşməyə onun da marağı var. Yaxın günlərdə detalları həll edib rəsmi məlumat verəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43