Kateqoriyasız

Aftandil Hacıyev: “Ruslan Qurbanov hələ 2-3 həftə olmayacaq”

Topaz Premyer Liqasının X II turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə “Səbail” evdə “Sabah”ı qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçi Aftandil Hacıyev mətbuat konfransı keçirib:

“Oyunçuları təbrik edirəm. Layiqli qələbə qazandıq. Oyuna yaxşı başlasaq da, bir qədər diqqətsizlik oldu. İlk hissədə rəqib hesabı aça bilərdi. İkinci hissə müəyyən tapşırıqlar oldu. Biraz səhvləri aradan qaldırdıq. Rəqib turnir cədvəlində bizə çox yaxın idi. Əgər udsaydı bizə çata bilərdi”.

-Fasilədə oyunçulara ayılmaq üçün nə dediniz?

-Səhvlərimizi bildirdik. Məncə futbolçular ikincu hissə daha diqqətli oynadı. Fəhmin hücumameyilli oyunçudur, müdafiə olunmağa çox xoşlamır. İkinci hissə isə biraz daha fərqli oldu. Dirəkdən qayıdan topumuz olsa da, qolu vura bildik.

-Klubda futbolçuların tərbiyəsi ilə məşğul olan var?

-Söyüşü deyirsinizsə, həyəcanlı oyun oldu. Futbolun içində olur belə şeylər. Bilmirəm kimləri nəzərdə tutursunuz. Ancaq buna imkan vermək olmaz. Belə həyəcanlı oyunlarda bəzən belə hallara rast gəlinir.

-İriberi oyuna yaxşı qoşula bilmədi Sannk o, hələ tam hazır deyil.
-Komandaya yeni qoşulub. Təbii ki, tam hazır deyil. Oke bizimlə məşqlərə edirdi deyə, ona şans verdik. Ancaq təzə oyunçularımız bizə lazımdır.

-Ruslan Qurbanovun zədəsi nə vaxt tam sağalacaq?

-Tam dəqiq deyə bilmərəm. Ancaq görünən odur ki, 2-3 həftə olmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43