Türkiyənin "Beşiktaş" klubu braziliyalı futbolçusu Dentinyo ilə yollarını ayırır.
Bu barədə klubun rəsmisi Əhməd Kavalcı məlumat verib. Cari ilin yanvarında Ukrayna “Şaxtyor”undan icarəyə götürülən 24 yaşlı hücumçunu komanda saxlamaq istəmir: “Futbolçu ilə müqaviləmiz yanvarda başa çatır. Qərarımız belə oldu ki, onu komandada saxlamayacağıq. Dentinyo həftə sonu rəsmən klubdan ayrılacaq".