Dünya futbolu

“Ağ-qaralar” daha bir futbolçusu ilə yollarını ayırır: “O, həftə sonu rəsmən klubdan ayrılacaq”

Türkiyənin "Beşiktaş" klubu braziliyalı futbolçusu Dentinyo ilə yollarını ayırır.

Bu barədə klubun rəsmisi Əhməd Kavalcı məlumat verib. Cari ilin yanvarında Ukrayna “Şaxtyor”undan icarəyə götürülən 24 yaşlı hücumçunu komanda saxlamaq istəmir: “Futbolçu ilə müqaviləmiz yanvarda başa çatır. Qərarımız belə oldu ki, onu komandada saxlamayacağıq. Dentinyo həftə sonu rəsmən klubdan ayrılacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43