Türkiyənin "Beşiktaş" klubu "Mançester Siti"də çıxış edən Coleon Leskotu transfer etməyə çox yaxındır.
Bu barədə klubun vitse-prezidenti Dəniz Atalay "NTV spor" kanalına açıqlamasında bildirib:
"Leskot əsas transfer hədəflərimizdən biridi. Onunla danışıqlar gedir, bir problem olmazsa, Türkiyəyə gələcək".
Qeyd edək ki, "Ağ-qaralar" bundan öncə Ronaldinyonu transfer etmək istəsə də, bu, baş tutmamışdı.