Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 22-ci tura start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.
“Kəpəz” – “Keşlə” oyununda qapılara qol vurulmayıb. “Qarabağ” isə “Səbail”lə ev oyunundan qələbə ilə ayrılıb- 2:0. Meydan sahiblərinin qollarına Ağabala Ramazanov imza atıb.
8 aprel
“Kəpəz” – “Keşlə” 0:0
“Qarabağ” – “Səbail” 2:1
Qollar: Ağabala Ramazanov, 13; 51 – Pərviz Qaraxanov, 28