Müsahibə

Ağasəlim Mircavadov: “Bu mövzularda madiyyat da rol oynayır” (MÜSAHİBƏ)

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov dünən Avropa Liqasının I təsnifat mərəhləsində meydana çıxan təmsilçilərimiz "Zirə" və "İnter" komandalarının oyunlarını dəyərləndirib. 

İdmanxeber.com saytına müshibəsində təcrübəli mütəxəssis klublarımızdan ağız dolusu danışıb.

– Ağasəlim müəllim, dünənki oyunları izlədiniz?

– Bəli.

– Təmsilçilərimizin oyunlarını necə dəyərləndirirsiz?

– Bizim komandalarımız daha istəkli idi və matça daha yaxşı köklənmişdilər. Sanki hər iki komandamızın məşqçilər heyəti bu oyunu çoxdan gözləyirdilər. Bütün diqqətləri oyunda idi.  Qolu vurduqdan sonra uşaqlar daha da ruhlandılar. Hər iki komandamız yaxşı hazlırlıq keçib.

– "Zirə" və "İnter" rəqiblərini hansı komponentlərdə üstələdi?

– Məsələ ondadı ki, biz əlimizə düşən qol fürsətlərindən istifadə etdik. "İnter"in heyətində Adrian Skarlatake hər iki cərimə zərbəsini qola çevirdi. Bu, çox yaxşı yaxşı haldı. Ümumiyyətlə, Serbiyadakı matçda yerli uşaqlarımız çox xoşuma gəldi. Qapıçı Səlahət Ağayev, Nizami Hacıyev və Rauf Əliyev özlərini göstərə bilirdilər. Reallığa qalsa "İnter"in bir o qədər də qol vəziyyəti yox idi. Sadəcə, lazımi imkanları qaçırmadılar. Bu da komandanın imicini göstərən ən önəmli amillərdən biridi. "Zirə"yə gəldikdə, onlar da rəqibi sözün əsl mənasında üstələməyi bacardı. Komandada yer alan legionerlər özlərini ən yaxşı tərəfdən göstərdilər. Bəlkə də, Lüksemburq klubu təcrübəsizdi, peşəkar deyillər. Ancaq onlar çox da pis təsir bağışlamadılar.

– Sizcə, komandalarımız neçə mərhələ adlaya biləcək?

– Düşünürəm ki, artıq hər iki klubumuz ikinci mərhələyə adlayıb. Növbəti turdakı komandalar isə daha güclü olacaq. Ona görə, oyunlara daha ciddi yanaşmaq lazım gələcək. Mən inanıram ki, belə oynasalar yaxşı nəticələrə ümid etmək olar. Ancaq bu mövzularda madiyyat da rol oynayır. Yaxşı büdcəsi olan komanda, yaxşı futbolçularla irəliləyə bilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43