26 Noyabr 2024
Dünyadan

Ağayev ÇL-də növbəti matçını idarə etdi, “Mançester Siti” qələbə qazandı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Srvena Zvezda” – “Mançester Siti” (2:3) oyununu azərbaycanlı hakim Əliyar Ağayev idarə edib.

İdmanxeber.az-ın məlumatına görə, 5 qolun qeydə alındığı və ingilislərin qələbə qazandığı görüşdə Ağayev 4 dəfə əlini cibinə atmalı olub. O, meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Ağayev görüşün 85-ci dəqiqəsində serblərin qapısına penalti təyin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43