28 Noyabr 2024
Dünya futbolu

“Ağrayır, çox ağrayır, amma sağalıram” – Neymar

“Əl-Hilal”ın ücumçusu Neymar zədəsinin sağalmasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu bərpa prossesinin çətin keçdiyini ancaq durumunun yaxşıya doğru getdiyini bildirib:

“Hər şey yaxşı gedir. Ağrayır, çox ağrayır, amma sağalıram. Zədədən yeddi ay keçdi. Hələ bir müdddət qalıb. Yaxşıya doğru irəliləyirik”.

32 yaşlı braziliyalı sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün 2023-cü ilin oktyabrından bu yana oynamır. Neymar “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43