Xviçanın atası Badri Kvaratsxeliya oğlunun Reala qarşı oyunundan danışıb.
İdmanxeber.az-ın məlumatına görə, sabiq forvard bunları deyib:
“Xviça üçün “Real”a qarşı oynamaq özəldir. O, uşaqlıqdan kral klubuna azarkeşlik edir və bir gün orda çıxış etməyi arzulayır. Ailəmizdə hamı “Real” fanatı idi, məndən başqa”.
Badri Azərbaycanda 1997-98-ci illər arası “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də çıxış edib.